Bakıda 34 yaşlı qadını altı nəfər döyüb

Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə metronun “20 Yanvar” stansiyasının yanında baş verib.
1989-cu il təvəllüdlü Pərvanə Məmməd qızı Həbillayeva bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.
Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.