Gədəbəydə 78 yaşlı sürücü avtomobil qəzasında öldü, həyat yoldaşı yaralandı

Gədəbəy rayon Düzyurd kəndində VAZ-2121 (“Niva”) markalı avtomobil maneə çırpılıb, ölən və xəsarət alan var.
“Report”un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən ölüb.
Avtomobildə sərnişini qismində ola həyat yoldaşı 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.