Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
23-may, 08:44 233 Cəmiyyət
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, 2004-cü il təvəllüdlü Əli Vüqar oğlu Kazımov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.





