Prezidentin 2003-cü idən başlayan ali hakimiyyəti qələbələrə gətirib çıxardı
18-okt, 10:34 191 CəmiyyətƏvvəllər biz ölkə xaricindəki tədbirlərə gedərkən özümüzlə, Qarabağda ermənilərin bizim torpaqlarımızı işğal etməsi ilə bağlı çoxsaylı materiallar götürürdüksə, çıxışlarımızın da əksəriyyəti ermənilərin bizə qarşı etdikləri vandallıqlarla bağlı idisə, artıq biz torpaqlarımızı azad etməyimizdən, torpaqlarımızda abadlıq, quruculuq işlərimizdən danışırdıq. Əlbəttə, erməni vandalizmi mövzusu qapanmayıbdır, ermənilərin istər Xocalıda insanlarımızın başına açdıqları oyunlar, istər işğal altında saxladıqları zaman mədəniyyət abidələrimizə, torpağımıza, suyumuza, ağacımıza, oraların florasına, faunasına, təbiətinə, hər şeyinə, özəlliklə də mədəniyyət abidələrinə vandallıqları həmişə müzakirə olunacaqdır, bu ayrı məsələdir. Bunları ona görə deyirdim ki, biz qalib ölkənin vətəndaşı kimi öz qürurumuzu dostlarımızla paylaşırdıq. Xatırlayırsınızmı, Qarabağda torpaqlarımız bir-bir azad olunduqca, hansıki indi həmin yerlərin, şəhər-şəhər, kənd-kənd azad olunmalarının ildönümlərini qeyd edirik, cənab Prezident həmişə deyirdi ki, mən bir Prezident kimi and içmişdim, söz vermişdim, vəd etmişdim və çox şadam ki, dediklərimi, vədimi yerinə yetirmişəm.
Cənab Prezidentin 2003-cü idən başlayan ali hakimiyyəti ölkəmizi Şuşada bayraq qaldırmağa, ölkəmizi dünyada layiqli yer tutmağa, azərbaycanlıların arzularının həyata keçməsinə, tarixi ədalətin bərpa olunmasına gətirib çıxardı və biz bunu çox minnətdarlıqla, çox şükranlıqla qeyd edirik.
Azərbaycanda 17-18 il ərzində o qədər işlər görülüb ki, bunlar əslində 17-18 ilə sığmayan işlərdir. Əlbəttə, biz qələbədən danışırıq, amma bilirik ki, qələbə yalnız 44 gün ərzində görülmüş işlərlə əmələ gəlməyibdir. Ordunun quruculuğu, milli müdafiə sənayesinin quruculuğu, iqtisadiyyatın gücləndirilməsi, orduya ayrılan büdcə vəsaitləri, güclü, peşəkar kadrların, hərbçilərin yetişdirilməsi, vətənpərvər gənc nəsillərin tərbiyəsi, dövlət-xalq birliyinin təmin edilməsi, beynəlxalq səviyyədə Azərbaycanın haqlı davasına daha çox insanın vaqif olmasının təmin edilməsi, Azərbaycanın haqq səsinin beynəlxalq platformalarda duyulması və bu istiqamətdəki onlarla digər tədbirlər nəticə etibarı ilə bizim qələbəmizə gətirib çıxarıbdır. Bu işlərin təməli də qeyd olunduğu kimi, 2003-cü ildə keçirilən seçkilərdən sonra qoyulubdur. Daha böyük gələcək bizi gözləyir.
Abışova Məleykə, 213 saylı tam orta məktəbin direktor müavini