Bakı-Şamaxı şosesində qəza baş verib: Ölən var
26-noy, 13:41 204 Cəmiyyət
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.APA xəbər verir ki, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Ceyran Mayıl qızı Mollayeva yolu keçərkən onu minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.





