Avtomobili aşıraraq oğlunun ölümünə səbəb olan ataya şərti cəza verildi
30-noy, 11:17 88 CəmiyyətŞəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən E.İsmayılovun cinayət işi üzrə istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 25 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Yevlax rayonunun Çənlibel qəsəbəsində qeydə alınıb.
Belə ki, E.İsmayılov idarə etdiyi VAZ-2101 markalı avtomobili yolun sağ tərəfindən kənara çıxararaq aşırıb. Nəticədə həmin avtomobildə olan sərnişin, 2022-ci il təvəllüdlü oğlu həlak olub.
Hadisədən sonra E.İsmayılov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.