Şəki şəhərində Gənclər təşkilatlarının strateji planlaşdırma düşərgəsi keçirilib
08-iyn, 12:22 209 GündəmAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev İli” çərçivəsində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Düşərgəsi keçirilib.
100-ə yaxın gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirak etdiyi düşərgənin məqsədi gənclər təşkilatlarının birgə fəaliyyət strategiyalarının müzakirə edilməsi, aidiyyəti istiqamətdə görüş, müzakirə, vörkşopların keçirilməsi və fəaliyyət strategiyası ilə bağlı birgə sənədin hazırlanması olub.
Proqrama uyğun olaraq ilk gün Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Daha sonra iştirakçıların şəbəkələşməsi və təmsil etdikləri təşkilatların tanıdılması üçün komanda oyunları keçirilib.
İkinci gün NAYORA-nın sədri Azər Əliyevin salamla nitqi ilə düşərgə öz işinə başlayıb. İlk vörkşop NAYORA-nın sədr müavini Ülviyyə Axundova və təlimçi Tofiq Sadıxovun moderatorluğu ilə “Strategiya nədir? Strategiya planı necə qurulur?” mövzusunda baş tutub. Daha sonra sessiyanın davamı olaraq NAYORA-nın İdarə Heyətinin üzvü Nail Şükürovun moderatorluğu ilə qrup işi keçirilmiş, iştirakçılar komandalara bölünərək hazırladıqları strategiya planlarının təqdimatını həyata keçirmişlər.
Növbəti gün səhər enercayzeri ilə başlamış, AR Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbovun iştirakı ilə keçirilən görüşlə davam etmişdir. Görüş zamanı gənclər təşkilatları üçün uğurlu strategiya, strategiya planının əhəmiyyəti kimi mövzular müzakirə olunmuş və ünvanlanan suallar cavablandırılmışdır. Həmçinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gənclər siyasətinin təməlinin qoyulması, gənclərə göstərilən xüsusi dövlət qayğısı kimi məsələlər də geniş müzakirə olunub. Günün ikinci yarısı isə qrup işləri, müzakirə sessiyası və komanda quruculuğu oyunları ilə davam etmişdir. Günün sonunda gənclər təşkilatlarının sərgisi keçirilmişdir.
Layihənin dördüncü gününə iştirakçıkarın fiziki sağlamlıqlarının artırılması məqsədi ilə səhər idmanı və enercayzerlə başlanılıb. Daha sonra NAYORA-nın İdarə Heyətinin üzvü Azad Mənaflının moderatorluğu ilə “Heydər Əliyev İli”nə həsr olunmuş intellektual oyun keçirilib. Qalib komandalar kubok və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Günün ikinci yarısı AR Gənclər və İdman Naziriliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevlə görüş keçirilib. Görüş düərgənin formatına uyğun olaraq gənclər təşkilatlarının strateji planlaşdırılması istiqamətində müzakirələr və ünvanlanan sualların cavablandırılması ilə yekunlaşıb. Günün sonunda Ümummilli Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, düşərgənin beşinci günündə NAYORA-nın sədri Azər Əliyev və Baş katibi Ramin Həbibzadənin iştirakı ilə ümumi müzakirə sessiyası keçirilib. Həmçinin Şəki Xan Sarayına İnfotur baş tutub.
Günün sonunda Qala gecəsi keçirilib və bununlada düşərgə işini yekunlaşdırıb.
Fərid Faiqoğlu
AJB-nin üzvü
Share
Tweet
Share