“Sədərək”dəki mağazaların icarədarlarını aldadan şəxslə bağlı QƏRAR
08-dek, 11:39 89 CəmiyyətAli Məhkəmədə dələduzluqda ittiham edilən Kamran Səfərovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Kamran Səfərovun cəzasını yüngülləşdirilərək ona 1 il 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edib.
İttiham aktına əsasən, Kamran Səfərov özgənin əmlakını ələ keçirmək məqsədilə “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazaların birinin icarədarı, zərərçəkmiş Mahal Məmmədovun (şərti) etibarından sui-istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib, təmir edilməli çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib. O, bu yolla zərərçəkmiş şəxsdən nisyə olaraq müxtəlif tikinti materialları istəyib, həftədə bir dəfə götürdüyü malların pulunu ödəyəcəyini yalandan vəd verib. Kamran Mahal Məmmədovdan ümumilikdə 36 220 manat dəyərində tikinti materialları götürüb, sonra pulunu geri qaytarmayıb.
Bundan başqa, Kamran Səfərov eyni yolla “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazaların birinin icarədarı, zərərçəkmiş Səfər Kərəmovu (şərti) da aldadaraq, onun 1 753 manat dəyərində tikinti materiallarını dələduzluq yolu ilə ələ keçirib.