Duman səbəbindən ertələnmiş reyslərin sərnişinləri Naxçıvana çatdırıldılar
18-dek, 09:42 91 Cəmiyyət“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) əlverişsiz hava şəraiti (duman) səbəbindən təxirə salınmış Bakı-Naxçıvan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.
Bu barədə aviaşirkətdən bildirilib.
Qeyd edək ki, sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə əldə edə bilərlər.
Xatırladaq ki, daha öncə AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.