Ağcabədidə avtomobil ana və uşağını vurub
27-dek, 10:48 186 Cəmiyyət
Ağcabədidə avtomobil ana və uşağını vurub.APA xəbər verir ki, Ağabəyli kənd ərazisində Turqut Ağazadə idarə etdiyi “Lada Priora” markalı avtomobillə 1986-cı il təvəllüdlü Xədicə Əliyeva və onun övladı 2016-cı il təvəllüdlü Hüseyn Əlizadəni vurub.
Nəticədə azyaşlı ölüb, qadın isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.





