Qubada 18 yaşlı oğlan bıçaqlanıb
19-apr, 10:54 201 Cəmiyyət
Quba şəhərində 18 yaşlı oğlan bıçaqlanıb.APA xəbər verir ki, hadisə “Quba Şəhər Meydanı” adlanan ərazidə qeydə alınıb.
2006-cı il təvəllüdlü Kənan Zaidov münaqişə zəminində tanışı olan həmyaşıdı Ayaz Həşimovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, Kənan Zaidov tutulub.





