Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir


Azərbaycanın ən qədim dilbər rayonlarından biri də Ağdam rayonudur. Ağdam rayonu öz gözəl təbiəti ilə daim diqqət çəkmişdir.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ağdam rayonu Azərbaycanın qədim, füsünkar təbiətli torpağı olan, Qarabağın mərkəzin- Qarabağ dağ silsiləsinin Şimal-Şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Ağdamda aparılan arxeoloji qazıntılar və araşdırmalar sübut etmişdir ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tədqiqatlar nəticəsində aydın oldu ki, qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni Eneolit dövründə yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşdular.

Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Uzaq keçmişdə Ağdam ərazisində türkdilli qəbilələr yaşamışdılar. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.

Qarabağlı Pənahəli xan da XVIII əsrin birinci yarısında bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib.

1993-cü ildə Ağdam uğrunda 42 gün döyüş getmişdir. 1993-cü il 23 iyul tarixində Ağdam ərzasinin 73 faizi düşmən tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur edilib.

Nəhayət 2020-ci il sentyabrın vətən uğrunda müharibə başladı. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanməş üçtərəfli bəyanata əsasən Noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azarbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan təlafatının qarşısı alınıb. Və bu addımla da Azərbaycan sübut etdi ki, biz müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandıq.

Ali Baş Komandan Azərbaycan bayrağını Ağdamda qaldırdı və gözəl bir fikir söylədi: “Bu gün tarixi bir gündür. Biz şanlı qələbəmizi qeyd edirik, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın! Bu böyük iş olacaqdır”!

Maştağa qəsəbəsi, 128 saylı tam orta məktəbin

tarix müəllimi Esmira Qurbanova