Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olundu
29-avq, 14:14 31 CəmiyyətXəbər verdiyimiz kimi, 29 avqust saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “ Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib.
Bildirilib ki, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.
Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilmiş və yanğın qısa müddət ərzində söndürülüb.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.