Sürücülərin nəzərinə!

suruculerin-nezerine
Nəsimi rayonu, Alı Mustafayev keçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təmir məqsədilə zolaqlardan biri qismən məhdudlaşdırılıb.
Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.