Qubada avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb.