Qubada qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum oldu - Yenilənib

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb.
***
APA-nın xəbərinə görə, “Hyundai” markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobilin sərnişini Ucal İbrahimov ölüb, sürücüsü Mehman Balayarov isə, xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.