Türkiyədə dollar 12 lirədən aşağı düşüb

Türkiyədə dollar 12 lirədən aşağı düşüb


Türkiyədə dolların məzənnəsi yeni günə 11,96 lirə səviyyəsində başlayıb.

"Noyabrın 23-cü 13,47 səviyyəsinə qalxalaq tarixi maksimumunu yeniləyən USD/TRY nisbəti dünən 11,60 həddinə qədər geriləmişdi.

Ucuzlaşmaya səbəb edən amillərdən biri  Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlunun Bank Tənzimləmə və Nəzarət Qurumu sədri və bank rəhbərləri ilə görüşəcəyinə dair açıqlamaları olub.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyanın prezident Rəcəb Tayyib Ərdoğanla görüşü və Türkiyəyə investisiya ilə bağlı razılaşmalar ucuzlaşmaya öz təsirini göstərib.