AZƏRBAYCAN YENİ REALLIQLAR YARATMAĞA DAVAM EDİR
30-noy, 16:22 212 CəmiyyətTürkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı bir sıra vacib məqamlarla yadda qalıb.
Toplantıda bir sıra əhəmiyyətli məsələlər müzakirə edilib, eyni zamanda dövlət başçıları arasında ikitərfli görüşlər keçirilib.Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanın mövqeyinin güclənməsi təmsil olunduğu beynəlxalq təşkilatların işinə də öz töhfəsini verir.
Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev bildirib ki,son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul üç dəfədən çox artıb.Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.Ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur.Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ən vacib məqamlardan biri də odur ki,ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.
Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlayıb. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub.Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. Bu yardımlar növbəti il də davam edəcək.Belə ki,2022-ci ildə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq.Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı edib.
Dövlət başçısı çıxışı zamanı bildirib ki,Azərbaycan 2020-ci ildə ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasını təmin etdi. Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlanıb.Artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.
Dövlət başçısı xatırladıb ki, azad olunan Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Azad olunan ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Bu layihələrin reallaşması ilə İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər.Bu isə Azərbaycanın iqtisadi potensialını daha da artıracaq.
Onu da qeyd etmək lazımdır ki,Türkmənistanda tarixi bir sənəd imzalanıb.Belə ki, Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. İmzalanan bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var. Bu tarixi sənəd gələcəkdə Azərbaycanın mövqeyini daha da gücləndirəcək.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr hələ uzun illər regiona öz töhfəsini verməyə davam edəcək.
Ruhiyyə İbrahimova
155 nömrəli tam orta məktəbin direktoru