Konstruktiv əməkdaşlıq platforması
30-noy, 16:48 176 CəmiyyətMüstəqiliyin ilk illərindən bir çox beynəlxalq təşkilatların üzvünə çevrilmiş Azərbaycan Respublikası dünya birliyinin subyektlərinə dinc mədəni əməkdaşlıq kontekstində yanaşmış,ölkələrin ərazi bütövlüyü və suveren hüquqlarına ,başqa xalqların milli-mənəvi dəyərlərinə hörmət prinsiplərini üstün tutmuşdur.İllər ötdükcə zaman Azərbaycanın haqqın tərəfində olduğunu,ədaləti dəstəklədiyini sübuta yetirmişdir.
Noyabrın 28-də planetin nüfuzlu beynəlxalq təşkilatlarından olan İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV Zirvə Görüşü yuxarlda dediklərimizin reallıq olduğunu bir daha sübut etdi.Tarixçilərin dili ilə desək,bir qərinədən çox bir müddətdə fəaliyyət göstərən İƏT region ölkələrinin ictimai-siyasi dönəmi ilə bağlı ən böhranlı məsələlərin həlli üçün xeyli işlər görmüşsə də,post sovet dövründə bu sahədə fəaliyyət daha da intensiv olmuşdur.Çünki sovetlər birliyi dağıldıqdan sonra bölgə xalqları arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaşanmış və buna təşkilat üzvlərinin reaksiyası gündəmə gəlmişdir.
Bəli,bu dəfə İƏT öz toplantısını daha fərqli bir şəraitdə,həm də sədrliyin Mərkəzi Asiya ölkəsinə keçdiyi bir ampulada keçirirdi.”Birlikdə gələcəyə”devizi altında keçirilən toplantıda əsas hədəf kimi xalqlar arasında əməkdaşlığı və ticari münasibətlərin gücləndirilməsini, region ölkələrinin daha təkmil inteqrasiyası imkanlarının nəzərdən keçirilməsi məsələləri seçilmişdi. Bu da tarixi faktdır ki,inteqrasiya imkanlarının genişlənməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi ötən il bölgədə baş vermiş Azərbaycanın haqq işi uğrunda savaşı-Vətən müharibəsindən sonra yaranmış situasiya ilə bağlı daha da səmərəli ola bilər.Artıq Zəngəzur dəhlizi bir reallıq olaraq əvvəlki təsəvvürləri alt-üst edir.Məlumdur ki,bu dəhliz Şərqlə Qərbi birləşdirən və daha da yaxınlaşdıran bir körpü rolunu oynayacaq.Qardaş ölkə -Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı söyləmişdiki,Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür.Ölkəmişlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür.
Toplantıda konkret faktlar və mükəmməl ideyalarla çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə baş verən köklü islahatların sahibkarlığın inkişafı üçün münbit sərmayə iqlimi yaratdığına işarə
edərək region iqtisadiyyatında Azərbaycanın günü-gündən artan çəkisini iştirakçıların diqqətinə çatdırmışdır.Təsadüfi deyildir ki,Dünya Bankının apardığı tədqiqtlara görə Azərbaycan azad sahibkarlığın inkişafı indeksinə görə 190 ölkə içərisində 28-ci yerdə qərarlaşmışdır.Strateji valyuta ehtiyatlarımız xarici borclarımızı 6 dəfə üstələyir.Xarici borcumuz ümumi daxili məhsulun cəmi 17,3 faizini təşkil edir.
Möhtərəm Prezident daha sonra əlavə edib ki, Azərbaycan İƏT-in fəal üzvüdür və ölkələr arasında qarşılıqlı hörmət əsasında beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir...Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm...Bu gün deyə bilərəm ki,Zəngəzur dəhlizi reallığa çevrilir.
Bəli, bədxah niyyətli Ermənistandan fərqli olaraq, biz dünyaya “açıq qapı” siyasətimizi elan etmişik. Həm də indi yox, Ulu Öndər Heydər Əliyev bu siyasətlə Azərbaycana milyardlarla investisiyalar cəlb edərək,iqtisadi durumumuzun dinamik tempinə nail olmuşdu.Və xalqımız bundan sonra da əminliklə Azərbaycanın beynəlxalq əməkdaşlıq arenasında öncüllüyünü görəcəkdir.
Elxan İsmayılov
192 saylı tam orta məktəbin tarix müəllimi