Yaponiyada sunami oldu - Xəsarət alanlar var
09-dek, 08:03 5 Dünya
Yaponiyada ötən gün baş verən güclü zəlzələ nəticəsində hündürlüyü 70 santimetr olan sunami dalğaları müşahidə olunub.
“Qafqazinfo”nun məlumatına görə, Baş nazir Sanae Takaişi sunami nəticəsində ən azı 30 nəfərin xəsarət aldığını açıqlayıb.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə səbəbindən Hokkaydo adasında yaşayan 28 mindən çox sakin təxliyə edilib.
Qeyd edək ki, zəlzələ dünən Yaponiyanın şimalındakı Aomori prefekturasında baş verib və 7,2 bal gücündə olub.





