"DeepSeek"in yeni modeli "ChatGPT"ni üstələyə bilər
12-yan, 08:00 0 Dünya
Çinin "DeepSeek" çatbotunun yaradıcıları təkmilləşdirilmiş V4 modelini buraxmağa hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, "The Information" nəşrinin məlumatına görə, süni intellektin yeni versiyası fevralın ortalarında satışa çıxarıla bilər.
Daxili testlərə görə, yeni model "OpenAI"nin "ChatGPT" və "Anthropic"in "Claude" çatbotları da daxil olmaqla aparıcı rəqiblərini üstələyə bilər.
Yeniləmə əsasən proqramlaşdırmaya yönələcək və "DeepSeek"in sadə və yüksəkperformanslı bir həll kimi mövqeyini daha da gücləndirəcək.





