ABŞ-də atışma - Ölənlər var

abs-de-atisma
ABŞ-nin Rod-Aylend ştatının Poutaket şəhərində yerləşən xokkey arenasında silahlı insident qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində atəşi açmaqda şübhəli bilinən şəxs də daxil olmaqla, üç nəfərin həyatını itirdiyi bildirilib.
Şəhər rəsmilərinin məlumatına görə, daha üç yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İlkin ehtimallara əsasən, insident ailədaxili münaqişə zəminində baş verib və faktla bağlı araşdırmalar davam etdirilir.