ABŞ-nin tam və qəti qələbə qazandığını bəyan etdi
08-apr, 09:29 2 Dünya
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan iki həftəlik atəşkəs razılaşmasından sonra ölkəsinin “tam və qəti qələbə” qazandığını bəyan edib.
“Qafqazinfo”nun məlumatına görə Tramp bu barədə AFP-yə açıqlamasında bildirib:
“Tam qələbə. 100 faiz. Bununla bağlı heç bir sual yoxdur”, - o deyib.
Prezident qeyd edib ki, ABŞ İran tərəfindən təqdim olunan 10 bəndlik təklifi alıb və bunu “danışıqlar üçün işlək əsas” kimi qiymətləndirir.
Bununla yanaşı, Tramp mümkün razılaşmanın pozulacağı təqdirdə İranın mülki infrastrukturunun hədəfə alınıb-alınmayacağı ilə bağlı suala “Görməli olacaqsınız” cavabını verib.
O, həmçinin vurğulayıb ki, istənilən sülh razılaşması İranın nüvə materiallarını da əhatə etməlidir. Uran məsələsi ilə bağlı konkret detalları açıqlamasa da, Tramp bunun “mükəmməl şəkildə həll olunacağını” bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton qarşıya qoyduğu əsas hərbi və siyasi məqsədlərə nail olduğunu hesab edir.





