“Kuba bizdən kömək istəyir”
13-may, 08:34 12 Dünya
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı diqqətçəkən açıqlama verib.
“Qafqazinfo”nun xəbərinə görə, Tramp sosial media hesabında etdiyi paylaşımda Konqresdəki bəzi respublikaçıların ona “Kubaya müdaxilə etməməyi tövsiyə etdiyi” barədə iddiaları təkzib edib.
ABŞ Prezidenti Kubanı “uğursuz dövlət” adlandırıb:
“Kuba bizdən kömək istəyir və biz onlarla danışacağıq”.
Qeyd edək ki, Tramp daha əvvəlki açıqlamalarında prezidentlik müddəti başa çatmadan “azad Havana”ya səfər etmək istədiyini bildirib. O, həmçinin İran məsələsindən sonra diqqəti Kuba mövzusuna yönəldəcəklərini vurğulayıb.





