Almaniya büdcəsində az 14 milyard avroluq kəsir olacaq

2024-cü ildə Almaniyanın federal büdcə kəsiri 14-18 milyard avro arasında olacaq.
Bunu ölkənin maliyyə naziri Kristian Lindner deyib.
Onun sözlərinə görə, gələn il üçün büdcənin ümumi gəlirləri 424 milyard avro təşkil edəcək.
Lindner qeyd edib ki, əlavə xərclərə ehtiyac yaranarsa, o zaman digər sahələr üzrə maliyyələşmə kəsilməli olacaq.
Mənbə: Oxu.Az