ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər
02-noy, 10:22 4 Dünya
ABŞ-nin Florida ştatında “Learjet 60” özəl biznes təyyarəsi qəzaya uğrayıb. “Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, Qrineykers şəhəri ərazisində yerə çırpılan təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub.
Texasda yerləşən Ostin-Berqstrom beynəlxalq hava limanından havaya qalxan təyyarənin Baham adalarına uçduğu bildirilir. Məlumata görə, təyyarə yerə çırpıldıqdan sonra güclü yanğın baş verib.
Hadisənin hansı şəraitdə baş verdiyi və səbəbi araşdırılır.





