Çita şəhərində yüksək hazırlıq rejimi tətbiq olundu: “Şəhərdə tək gəzməyin”

Rusiyanın Çita şəhərində yüksək hazırlıq rejimi tətbiq edilib.
Bu barədə şəhər administrasiyasının “Telegram” kanalında məlumat verilib.
Bildirilir ki, administrasiyanın rəhbəri vəzifəsini icra edən Andrey Qrenişin küçə itlərinin sakinlərə hücumu hallarının artması səbəbindən belə bir qərar verib.
“Sahibsiz itlərin insanlara hücumu hallarının artması ilə əlaqədar Çita şəhəri administrasiyasının rəhbəri vəzifəsini icra edən Andrey Qrenişin rayon mərkəzinin sakinlərinə müraciət edərək bütün ehtiyat tədbirlərinə riayət etməyi, azyaşlı uşaqları müşayiətsiz buraxmamağı, yaşlı vətəndaşların tək gəzməmələrini xahiş edir...”, - deyə məlumatda əlavə edilib.
Bundan başqa administrasiya ev itlərini ciddi şəkildə xaltada və buruntaqda gəzdirməyin zəruriliyini elan edib. Vurğulanıb ki, heyvanlar şəxsi evlərin ərazisini sərbəst tərk etməməlidirlər.
Qrenişin, həmçinin regional Qanunvericilik Məclisinə və Dövlət Dumasının deputatlarına federal qanunvericiliyə dəyişiklik təklifi ilə müraciət edib, evsiz heyvanların humanist şəkildə yatızdırılmasına icazə istəyib.
“Yalnız bu tədbir bizə belə fenomenlə effektiv mübarizə aparmağa imkan verəcək”, - deyə o vurğulayıb.
Mənbə: Oxu.Az