ABŞ yeni pilotsuz sualtı gəmini sınaqdan keçirəcəyini dedi: “Bu, Tayvandakı vəziyyəti kökündən dəyişəcək”
29-apr, 10:32 123 DünyaABŞ Tayvan boğazında “vəziyyəti kökündən dəyişəcək” beş pilotsuz sualtı gəmini sınaqdan keçirəcək.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, admiral Maykl Qildey bildirib.
Qildey ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində dinləmələrdə çıxışı zamanı bununla bağlı açıqlama verib.
“Bizim ilk böyük pilotsuz sualtı gəmimiz hazırda Kaliforniya sahillərində sınaqdan keçirilir və kifayət qədər uğurla davam edir. Bundan sonra daha beş pilotsuz sualtı gəmi sınaqdan keçiriləcək. Belə sualtı gəmilər gizli şəkildə minalar qoymaq potensialına malikdir. Və bu, vəziyyəti kökündən dəyişəcək”, - deyə qeyd edib.
Xatırladaq ki, Çinin ən böyük adası Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur, lakin Pekində vahid ölkənin ayrılmaz hissəsi hesab olunur. Vaşinqton Taypeyin əsas silah və hərbi texnika tədarükçüsü olaraq qalır.
Mənbə: Oxu.Az