Britaniyada üç valideynin DNT-sindən ilk uşaq dünyaya gəldi
11-may, 08:16 122 DünyaBöyük Britaniyada sağalmaz xəstəliklərin irsiliyinin qarşısını almaq məqsədi daşıyan süni mayalanma (IVF) prosedurundan sonra üç valideyndən DNT-si olan ilk uşaq dünyaya gəlib.
Doğulan uşaq ana və atanın DNT-sinə, həmçinin donordan az miqdarda genetik materiala - təxminən 37 genə malikdir.
Körpənin DNT-sinin 99,8%-dən çoxunun valideynlərindən gəldiyi qeyd edilir.
İlk dəfə belə bir uşağın doğulmasını mümkün edən araşdırma britaniyalı həkimlər tərəfindən aparılıb və mutasiyaya uğramış mitoxondriləri olan qadınlara genetik pozğunluqları ötürmə riski olmadan uşaq sahibi olmağa kömək məqsədi daşıyıb.
Azı beş uşağın bu şəkildə doğulduğu qeyd edilib. Dünyada üç valideynin genetik materialına malik ilk uşaq 2016-cı ildə Meksikada dünyaya gəlib.
Mənbə: Oxu.Az