“Bloomberg”: “Putin kulis arxasında Hindistan da daxil olmaqla hökumətlərə təzyiq edir”
24-may, 08:19 134 Dünya“Kreml kulis arxasında Hindistan da daxil olmaqla hökumətlərə təzyiq edir.
Ukraynanı işğal etdiyinə görə Rusiyanın təcrid edilmiş maliyyə dövlətinə çevrilməsi üçün atılacaq addımların qarşısını almağa kömək etməsələr, onlarla müdafiə və enerji müqavilələrini ləğv etməklə hədələyir”.
Bu sözlər “Bloomberg” nəşrinin dərc etdiyi materialda deyilir.
“Bloomberg” əldə etdiyi sənədlər və NATO ölkələri rəsmilərinin hesabatları qlobal çirkli pulların yuyulmasına nəzarət orqanı olan FATF-in iyun toplantısı ərəfəsində Rusiyanın kommersiya tərəfdaşlarını necə hədəf seçdiyinə dair təsəvvür yaradır.
FATF fevral ayında Rusiyada üzvlüyünü dayandırıb. Ukrayna israr edir ki, bu orqan əlavə məhdudiyyətlər tətbiq etsin və Moskvanı öz “qara siyahısı”na daxil etsin.
FATF-in “qara siyahısı”na düşmək isə Putin hökumətini belə statusa malik yeganə ölkələr olan Şimali Koreya, İran və Myanma ilə eyni sıraya qoyacaq və iqtisadiyyatını daha da təcrid vəziyyətinə salacaq. Əgər bu qərar qəbul edilərsə, üzv dövlətlər, eləcə də banklar, investisiya evləri və ödəniş prosesi şirkətləri gücləndirilmiş kompleks araşdırma aparmaq və zəruri hallarda beynəlxalq maliyyə sisteminin qorunması üçün əks tədbirlər həyata keçirmək məcburiyyətində qalacaqlar.
Qlobal Cənub adlanan bir çox ölkələr, o cümlədən Hindistan Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı neytral mövqelərini dəyişmirdilər. Bu tarazlıq ötən həftəsonu Yaponiyada keçirilən G7 sammitində də nümayiş etdirilib. Hindistan Baş naziri Narendra Modi və Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibə başlayandan bəri ilk dəfə şəxsi görüşləri baş tutub.
Hindistanın mövqeyində ani dəyişikliyə dair hər bir əlamət müşahidə olmasa da, görüş Rusiya Prezidenti Vladimir Putində narahatlıq yaradıb. Belə ki, işğaldan sonra və Beynəlxalq Cinayət Məhkəməsinin mart ayında hərbi cinayətlərə görə verdiyi həbs qərarı səbəbindən Putinin öz şəxsi səyahətləri məhdudiyyətlərlə üzləşib.
Zelenski isə əksinə, həftə sonuncu G7 sammitində bəzi liderlərlə görüş keçirib ki, Putin onları Rusiyanın müttəfiqləri kimi cəlb etməyə çalışırdı. Nəşr bildirir ki, bu hal olduqca böyük əhəmiyyət kəsb edir.