“Yaxın vaxtlarda bu haqda qərar veriləcək”

yaxin-vaxtlarda-bu-haqda-qerar-verilecek
Ukrayna Prezidenti Volodimir Zelenski istefa verən Andrey Yermakın yerinə prezident aparatının yeni rəhbərinin təyin edilməsi ilə bağlı qərarın yaxın vaxtlarda veriləcəyini bildirib. 
“Qafqazinfo” xəbər verir ki, o bu barədə teleqramda axşam videomüraciətində danışıb.
Zelenski deyib ki, cümə axşamı, dekabrın 4-də bu vəzifəyə namizədlərlə əlavə görüşlər keçirib.
“Yaxın vaxtlarda yeni ofis rəhbəri ilə bağlı qərar veriləcək”, - o vurğulayıb.
Xatırladaq ki, Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib. Daha sonra Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi ona qarşı cinayət işi açıldığı barədə məlumat yayıb.