Çukotkada göyərtəsində üç nəfərin olduğu “An-2” təyyarəsi yoxa çıxıb
10-noy, 12:51 156 DünyaÇukotkada (Rusiya) göyərtəsində üç nəfərin olduğu Pevek-Polyarnıy reysini yerinə yetirən “An-2” təyyarəsi yoxa çıxıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsindən məlumat verilib.
“Moskva vaxtı ilə saat 05:30-da (Bakı vaxtı ilə 06:30 ) Maqadan Regional Planlaşdırma Mərkəzinin növbətçisinə məlumat daxil olub ki, saat 01:40-da (Bakı vaxtı ilə 02:40) “Strij Avia” aviaşirkətinə məxsus “An-2” təyyarəsi Pevek-Polyarnıy-Pevek marşrutu üzrə uçub və eniş edəcək vaxtda əlaqə saxlamayıb. Hazırda gəminin son koordinatları məlumdur. Təyyarədə iki ekipaj üzvü və bir sərnişin olmaqla üç nəfər var”, - deyə departamentdən bildirilib.
Marşrutun yoxlanılması üçün Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsinin qeyd etdiyi kimi, Moskva vaxtı ilə saat 05:30-da xilasedicilər “Mi-8” helikopteri ilə havaya qalxıblar. Bir saat sonra xizəkli-tırtıllı avtomobil itən təyyarəni axtarmaq üçün yola düşüb.
Bildirilir ki, təyyarənin son koordinatları məlumdur.
Mənbə: Oxu.az