“Google” məşhur smartfon markası üçün yeni neyroşəbəkə təqdim edib
15-fev, 09:55 122 Dünya“Google” keçən həftə “Android” əməliyyat sistemi üçün “Gemini” çatbotunu buraxıb və bu funksiya artıq “iPhone” istifadəçiləri üçün əlçatandır.
Qeyd olunur ki, ondan istifadə etmək üçün eyniadlı “Google” tətbiqini yükləmək lazımdır.
“Android” üçün ayrıca bir proqram yükləməli olduğunuz halda, “iOS” əməliyyat sistemində neyroşəbəkə “Google”un xüsusi xidmətində işləyir. Axtarış və çatbot arasında keçid etmək üçün tətbiqin əsas səhifəsində ekranın yuxarı hissəsində müvafiq nişanı seçməlisiniz.
“Gemini” ilə ünsiyyət qurmaq üçün səs, mətn və ya foto sorğularından istifadə etmək olar. Bu zaman süni intellektdən gələn cavab avtomatik olaraq səsləndirilmir. Onu dinləmək üçün səsgücləndirici işarəsinə klikləmək lazımdır.
Süni intellekt böyük mətnlərin qısa xülasəsini hazırlaya, proqram kodu, müxtəlif formatlı mətnlər, şəkillər yarada bilər.
Mənbə: Oxu.az