“Hökumətin işi fasiləsiz davam edəcək”

hokumetin-isi-fasilesiz-davam-edecek
“İran Prezidenti İbrahim Rəisinin vəfatı hökumətin işində fasilələrə səbəb olmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İran Nazirlər Kabineti öz teleqram kanalında paylaşıb. 
Məlumata görə, hökumətin işi hər hansı fasilə olmadan davam edəcək. 
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı İran hökumətinin fövqəladə iclası keçirilir.