Rəsmi Moskvadan İrəvanla Bakı arasında barışığa dair açıqlama
05-iyn, 11:07 93 Dünya“Moskva İrəvanla Bakı arasında barışığa dəstək verməyə hazır olduğunu təsdiqləyir”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mayın 10-11-də Qazaxıstanda keçirilən görüşünü müsbət qiymətləndirir: “Bu görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləməyə imkan verib. Bu istiqamətdə daha bir vacib addım atılıb”.
Qaluzin, həmçinin xatırladıb ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyununda Bakı və İrəvan arasında sülh danışıqlarının raundlarına ev sahibliyi edib.