Qazaxıstan LGBT təbliğatını qadağan etmək istəyir
02-avq, 10:54 49 DünyaQazaxıstan Mədəniyyət Nazirliyinin işçi qrupu LGBT təbliğatının qadağan edilməsi ilə bağlı petisiyaya baxıb
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” teleqram kanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, departamentin işçi qrupunun üzvləri respublikada heç kimin cinsinə və ya tərəfdaş seçiminə görə ayrı-seçkiliyə məruz qalmayacağına qərar verib. Eyni zamanda bildirilir ki, uşaqlar LGBT biliklərindən qorunmalıdır.
Petisiyanın müəllifi Qazaxıstan Valideynlər Birliyinin rəhbəri Baqila Baltabayeva olub.