Senada üzən alman idmançıların səhhətində problem yarandı
11-avq, 12:47 44 DünyaFransanın Sena çayında açıq suda üzgüçülük üzrə Olimpiya yarışlarına qatılan dörd alman idmançıdan üçünün səhhətində problemlər yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DPA agentliyinə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.
“Dünən iki almaniyalı üzgüçüyə ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator yardım göstərilib. Onlar bu gün xeyli yaxşılaşıblar. Oxşar simptomları olan başqa bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”, - konfederasiya bildirib.
Qeyd edək ki, əvvəllər bir neçə triatlonçu Senada üzdükdən sonra mənfi nəticələrlə üzləşmişdi. Qazaxıstan nümayəndəsi Yekaterina Şabalina evə qayıtdıqdan sonra özünü pis hiss etdiyini və antimikrob dərmanlar qəbul etməyə başladığını açıqlayıb. Həmçinin belçikalı triatlonçu Kler Mişel Senada üzdükdən sonra xəstəxanaya yerləşdirilmişdi. İsveçli üzgüçü Viktor Yohansson da Sena çayında suyun keyfiyyətinə görə açıq suda üzgüçülük yarışından imtina etmişdi.