Bin Ladenin oğlu Fransadan qovuldu
09-okt, 09:17 22 DünyaFransa hakimiyyəti “Əl-Qaidə” beynəlxalq terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin oğlu Ömərin ölkəyə girişini rəsmən qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retayo “X” sosial şəbəkəsində məlumat verib.
Nazir qeyd edib ki, Ömər Bin Laden indiyədək bir neçə il Fransanın şimalındakı Orn departamentində yaşayıb, Britaniya vətəndaşının əri olub. Lakin ötən il sosial şəbəkə hesablarında terrorizmi təbliğ edən şərhlər yazdıqdan sonra Fransa hakimiyyəti ona ölkəni tərk etmək əmri verilməsini tələb edib. Məhkəmə bu tələbin qanuniliyini təsdiq etdikdən sonra hakimiyyət onun Fransanı tərk etməsini təmin edib.
Retayo bildirib ki, Fransaya girişə inzibati qadağa bin Ladenin hər hansı səbəbdən ölkəyə qayıda bilməyəcəyini təmin edir.
Qeyd edək ki, Üsamə Bin Laden 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda əkiz qüllələrin partladılması da daxil olmaqla, bir çox böyük terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüş beynəlxalq terror təşkilatı “Əl-Qaidə”nin qurucusu və keçmiş lideridir. O, 2011-ci il mayın 2-də Pakistanın Abbottabad şəhərində ABŞ Silahlı Qüvvələri tərəfindən 40 dəqiqə davam edən atışmadan sonra öldürülüb.