Maskla İran rəsmisi arasında məxfi görüş - Nə danışdılar?

maskla-iran-resmisi-arasinda-mexfi-gorus
Amerikalı sahibkar İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” “adı açıqlanmayan iki İran rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş Nyu-Yorkda gizli bir məkanda keçirilib və bir saatdan çox davam edib.
Görüşün əsas mövzusu Vaşinqton və Tehran arasında gərginliyin azaldılması yollarının müzakirəsi olub. 
Nəşrin həmsöhbətləri danışıqları müsbət və ümidverici kimi qiymətləndirib.
Lakin Maskın özü və İranın BMT-dəki missiyası vəziyyəti açıq şəkildə şərh etməkdən imtina edib.
Qeyd edək ki, Mask prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyərək sponsorluq edib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib. Bir neçə gün öncə isə ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib.