“İran bunu edəcək vəziyyətdə deyil...” - Blinken

iran-bunu-edecek-veziyyetde-deyil
“İran heç kimlə döyüşmək iqtidarında deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Financial Times”a müsahibəsində ABŞ dövlət katibi Antoni Blinken deyib.
“İnanıram ki, İsrailin Baş naziri İranın misli görünməmiş hücumları ilə üzləşən İsrailə verdiyimiz dəstəyin böyük fərq yaratdığını ilk etiraf edənlərdən biri olacaq. İran heç kimlə döyüşmək iqtidarında deyil... Bunun Suriya üçün real müsbət nəticələri oldu”, - Blinken bildirib.
O əlavə edib ki, əsas məsələ mövcud vəziyyəti müsbət və davamlı nəticəyə çevirmək və Tramp administrasiyasına estafeti öz üzərinə götürə bilməsi üçün mümkün qədər çox yardım göstərməkdir.