22 noyabr-peşə bayramımızı II Qarabağ müharibəsinin qalibi kimi böyük fərəh, sevinc və iftixarla keçiririk
21-noy, 15:53 155 Gündəm / CəmiyyətMüzəffər ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə sayəsində bu gün biz öz gücü hesabına torpaqlarını işğaldan azad edən, günü-gündən inkişaf edərək regionun lider dövlətinə çevrilən bir ölkənin vətəndaşlarıyıq. Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq. ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariimizə qızıl hərflərlə yazıldı. Buna görə də ədliyyə sisteminin yaranmasının 104-cü ildönümü xalqımız, dövlətimiz, eləcə də dünya azərbaycanlıları üçün çox əlamətdar, müstəqilliyimiz tarixində əbədi olacaq bir gününün – Qələbə Gününün xoş təsirindən ayılmadığımız vaxta təsadüf edir. Öz işini Azərbaycanın dinamik inkişafı ilə uyğunlaşdıran ədliyyə orqanları dövlətimizin və xalqımızın maraqlarının hər zaman keşiyindədir.
2020-ci il noyabrın 8-də müharibənin gedişində həlledici gün oldu. Tariximizə şanlı bir gün kimi yazılan həmin gün müzəffər ordumuzun streteji həmiyyətə malik, Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, əvvəllər təqvimdə adi günlərdən biri olan 8 noyabr ordumuzun erməni işğalçıları üzərində əldə etdikləri möhtşəm qələbədən sonra Azərbaycan xalqı üçün əlamətdar tarixlərdən birinə çevrildi, Zəfər günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Vətən müharibəsi və Azərbaycanın şanlı Zəfəri əslində xeyirin şər üstündə qələbəsi oldu Nəzərə alsaq ki, şər qüvvələri təkcə işğalçı Ermənistan deyil, həm də onun havadarları təmsil edirdilər, onda Azərbaycanın qələbəsinin tarixi əhəmiyyəti və mənası daha aydın təsəvvür edilə bilər. Prezident İlham Əliyevin xalqa müraciətlərində, ayrı-ayrı ölkələrin nüfuzlu media orqanlarına müsahibələrində xeyirin şərə qarşı mübarizəsi və onun qələbə ilə nəticələnməsi özünün geniş ifadəsini tapmışdır. Vətən müharibəsində şər üzərində qələbə Azərbaycan xalqının ədalətli mübarizəsinin beynəlxalq əhəmiyyətindən xəbər verir.
Azərbaycan xalqı ölkəmizə möhtəşəm zəfər sevincini bəxş etdiyinə, erməni işğalına son qoyduğuna, Qarabağı azad etdiyinə görə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevə dərin hörmət və ehtiramını ifadə edir. Şuşanın azad edilməsi şərəfinə, Zəfər günündə Bakının, digər şəhərlərimizin küçələrini dolduran izdiham, sevinc və bəxtiyarlıq hissləri bu hörmət və ehtiramın aydın ifadəsi idi. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil.
İndi Qarabağa mədəniyyət qayıdır; indi Qarabağa azadlıq günəşi doğub və zülməti qovub; indi quruculuq-abadlıq işləri başlayıb; Qarabağ yenidən cənnətə dönür.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün-noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı kimi təsdiq olunub. Bu bayramı Ədliyyə işçiləri hər il böyük ruh yükskliyi ilə qeyd edirlər.
Bu il Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 104 ili tamam olur. Bir əsrdən artıq çətin, məsuliyyətli və şərəfli yol keçmiş Azərbaycan ədliyyəsinin əməkdaşları builki peşə bayramlarını da böyük sevinc, coşqu və qürur hissi ilə qeyd edirlər. Çünki ədliyyə işçilərinin peşə bayramı hər bir Azərbaycan vətəndaşı üçün çox mühüm və əlamətdar hadisənin-az qala 30 ildən bəri erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasının, yağı düşmən üzərində qazandığımız qələbənin-tarixi zəfərin xoş təsirindən ayılmadığımız ikinci ildönümünün təntənə ilə qeyd olunduğu dövrə tsadüf edir.
Bu gün ölkəmizdə ədliyyə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.
Müzəffər ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini vermişlər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin bir sıra əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbəhə yollanaraq döyüşlərdə iştirak ediblər.
II Vətən müharibəsində iştirak etmiş, ədliyyə kapitanı rütbəsini “şəhidlik” rütbəsinə qurban vermiş və ilk ədliyyə şəhidi Xəlilov Ruhin Müzəffər oğlu oldu. Vətən müharibəsinə könüllü yollanaraq mərdlik və şücaət göstərib şəhid olmuş ədliyyə nazirliyinin icra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun xatirəsinə Ədliyyə Tarixi Muzeyində, əvvəllər işlədiyi yerli qurumlarda xüsusi guşələr yaradılıb, xidməti kabinetində muzey təşkil olunub.
Bu günlər biz ədliyyə işçiləri üçün ikiqat bayramdır. Noyabrda Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirşəliş günü ilə yanaşı 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını da böyük sevinclə qeyd edirik. II Qarabağ müharibəsinin qalibi kimi, həm də peşə bayramımızı daha böyük fərəh, sevinc və iftixarla keçiririk. 8 noyabr tariximizə Zəfər günü kimi daxil oldu. Bizə qürur və fəxarət yaşadan bir qələbə! Ədliyyə işçisi kimi bu hissləri, bu sevinci bizə yaşadan Uca Allaha, Ali Baş Komandanımıza və millətimizə sonsuz minnətdarıq.
Biz ədliyyə işçiləri olaraq öz işimizi Azərbaycanın dinamik inkişafı ilə uyğunlaşdıraraq dövlətimizin və xalqımızın hər zaman keşiyindəyik. Hər birimiz tezliklə yenidən qurulacaq Qarabağda da vətəndaşlara xidmət göstərəcəyimiz günü böyük səbirsizliklə gözləyirik. Bir vaxtlar, bu sadəcə bir arzu arzu idisə, artıq müzəffər Ordumuzun sayəsində reallığa çevrilib. Qarabağda, Şuşada bu gün doğma Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır! Fürsətdən istifadə edərək tarixi zəfər və xalqımızın ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münaibətilə bütün xalqımızı, ədliyyə işçilərini, dəyərli həmkarlarımı ürəkdən təbrik edir, onlara mühüm, gərəkli və şərəfli işlərində yeni-yeni uğurlar, qanunun aliliyinin, insan haqlarının təmin olunması işində müvəffəqiyyətlər, uğurlar arzulayıram.
Böyük inamla bildirmək istəyirəm ki, hər birimiz bundan sonra da ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalacaq, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizə layiq davamçı olacayıq.
Gültən Abdullayeva
3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsinin rəisi,
kiçik ədliyyə müşaviri