YƏHYA AĞAYEV - 80
11-dek, 19:20 144 Gündəm / Cəmiyyət12 dekabr - enişli-yoxuşlu, acılı-şirinli, bir üzü tunc, bir üzü ipək dünyanın təbəddülatlarından şərəflə keçib gələn, urvatlı, örnək olan bir həyat yolu adlamış müdrik ağsaqqal, Ədliyyə Nazirliyinin Silahlı Qüvvələr veteranı, Nizami rayon Veteranları Təşkilatının sədri, ehtiyatda olan mayor YƏHYA AĞAYEVin dünyaya ğöz açdığı gün, ömür təqviminin 80 illiyidir.
Yubilyarı bu münasibətlə təbrik edir, özəl günün ovqatından süslənmiş, duyğu-düşüncələrimin poetik çaları olan söz çələngimi dəyərli el adamı, dostumuza dərin hörmət və ehtiram hissi ilə ünvanlayıram.
Bahar - çiçək çağı, payızsa bardır,
Uca dağ başında deyilir qardır...
Hər yaşın fəsiltək öz özəlliyi,
Yəhya qardaşıma Yaradan yardır!
Adının mənası “Tanrı bəxş etdi”,
Xəyalım səksən il çapıb yol getdi...
Ağsaqqal şəninə deyilən hər söz
Duadı, alqışdı, xoş bir niyyətdi.
Köhnə kişilərin öz arşını var,
Yüz ölçüb, bir bir biçib verəndə qərar.
Dürüstlük, mərdliyi ölçü vahidi,
Elin sevgisiylə olub bəxtiyar...
Ağsaqqal çağında yol gedənlərin,
Ağsaqqal zirvəsi fəth edənlərin
Düşər simasına idrak işığı.
Ədəbi-ərkanı, kamalı dərin...
✍️ Tapdıq ƏLİBƏYLİ
Yubilyarı bu münasibətlə təbrik edir, özəl günün ovqatından süslənmiş, duyğu-düşüncələrimin poetik çaları olan söz çələngimi dəyərli el adamı, dostumuza dərin hörmət və ehtiram hissi ilə ünvanlayıram.
Bahar - çiçək çağı, payızsa bardır,
Uca dağ başında deyilir qardır...
Hər yaşın fəsiltək öz özəlliyi,
Yəhya qardaşıma Yaradan yardır!
Adının mənası “Tanrı bəxş etdi”,
Xəyalım səksən il çapıb yol getdi...
Ağsaqqal şəninə deyilən hər söz
Duadı, alqışdı, xoş bir niyyətdi.
Köhnə kişilərin öz arşını var,
Yüz ölçüb, bir bir biçib verəndə qərar.
Dürüstlük, mərdliyi ölçü vahidi,
Elin sevgisiylə olub bəxtiyar...
Ağsaqqal çağında yol gedənlərin,
Ağsaqqal zirvəsi fəth edənlərin
Düşər simasına idrak işığı.
Ədəbi-ərkanı, kamalı dərin...
✍️ Tapdıq ƏLİBƏYLİ