Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən hesab olunur”
23-dek, 16:13 159 Gündəm / Siyasət“Hər bir xalqın ən böyük istəyi onun qüdrətli dövlətə sahib olması, orada yaşamasıdır. Güclü dövlətin mövcudluğu isə, təbii ki, onun rəhbərinin şəxsi keyfiyyətlərindən, idarəçilik səriştəsindən, ali rəhbər xarakterindən, siyasi yaradıcılıq qabiliyyətindən bilavasitə asılıdır. Bu cür dahi şəxsiyətləri öz nümayəndələri arasında müəyyənləşdirmək, özünə rəhbər seçmək isə xalqın kamilliyini, müdrikliyini əks etdirir. Biz şanı-şöhrəti bütün dünyaya səs salan, dayanmadan inkişaf yolu tutan bugünkü Azərbaycanı gördükdə onun xalqının nə qədər kamil olduğunu dərindən dərk edir və qürur duyuruq ki, bu xalqın nümayəndələriyik. Zaman göstərdi ki, Azərbaycan xalqının rəhbər seçdiyi cənab İlham Əliyev onun Ümummilli Liderinin siyasi kursunu şərəflə davam etdirdi, növbəti uğurlara daşıdı, müstəqilliyini möhkəmləndirdi, dövlətçiliyini inkişaf etdirdi, xalqının rifahını daha da yüksəltdi. Cənab İlham Əliyev xalqımıza nə vəd vermişdisə, hansı öhdəlikləri öz üzərinə götürmüşdüsə onların hamısını ləyaqətlə yerinə yetirdi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Biz bunun əyani şahidiyik, dünya ictimaiyyətinə də məlumdur ki, Prezident İlham Əliyevin fəaliyyətinin təməlində Azərbaycan vətəndaşı dayanır. O, xalqının hər bir nümayəndəsinin xoşbəxt yaşaması üçün nə lazımdırsa, onu da edir. Verdiyi hər bir qərar, müəllifi olduğu strategiyalar xalqımızın firavan həyatını hədəfləyir. Dövlətimizin başçısı kadrları rəhbər vəzifəyə təyin edərkən ən əsas tapşırığı vətəndaş məmnunluğudur. Onlaradan xalqın arasında olmaq, problemlərini öyrənmək, qaldırılan məsələləri həll etmək xüsusi olaraq tələb olunur. Həmçinin Prezident regionlara səfər edərkən yerli sakinlərlə şəxsən görüşür, söhbətləşir, qayğıları ilə maraqlanır, istəklərini öyrənir, problemərin aradan qaldırılması üçün göstərişlər verir. Bu, dövlətimizin başçısının idarəçilik prinsiplərinin mərkəzində dayanan məsələlərdir. Prezidentimiz insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atır, əməkhaqlarını, əmək pensiyalarını və sosial müavinətləri, təqaüdləri və digər sosial ödənişləri müntəzəm olaraq artırır, sosial rifahı, əmək şəraitini yüksəldən fərman və sərəncamlar verir”, - AHİK sədri bildirib.
Onun sözlərinə görə, hər zaman ölkəmizin gələcəyini düşünən Prezident İlham Əliyev gənclərimizi diqqətdə saxlayır, onların istedadının üzə çıxarılmasına, potensialının qiymətləndirilməsinə və gerçəkləşməsinə dəstək olur: “Həmçinin gənclərimizin vətənpərvər, Vətənə və dövlətə sədaqət ruhunda yetişməsində, savadlı, bacarıqlı kadr kimi formalaşmasında əhəmiyyətli işlər görür. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyinin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkəmizin əsas aparıcı qüvvəsinə çevrilir. Qırx dörd günlük Vətən müharibəsində gənclərimizin nümayiş etdirdiyi qəhrəmanlıq bütün dünyada gündəm oldu. Fəxarətlə deyə bilərik ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır. Gənclərimizin bütün sahələrdə, o cümlədən elm və təhsil, idman səhəsində əldə etdiyi nailiyyətlər dövlətimizin gənclər siyasətinin effektli nəticələridir. Elə bir beynəlxalq idman yarışı yoxdur ki, gənclərimiz tərəfindən Dövlət Bayrağımız orada dalğalanmasın”.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin xarici siyasətinin önündə Azərbaycan xalqının mənafeyi, dövlətimizin milli maraqları dayanır. O, qətiyyəti, diplomatik məharəti, siyasi bacarıqları ilə ölkəmizi beynəlxaql aləmdə ləyaqətlə təmsil edir, dövlətimizin maraqlarını şərəflə qoruyur. Dərin və hərtərəfli biliyi, analitik düşünmə tərzi, tutarlı və sərrast arqumentləri, cəsarətli və məntiqli çıxışları ilə dünyanın ən nüfuzlu liderlərindən hesab olunur. Onun beynəlxalq görüşlərdə və apardığı ali səviyyəli danışıqlarda sərgilədiyi mövqe, nümayiş etdirdiyi davranış yüksək siyasi mədəniyyətinin göstəricisidir. Cənab İlham Əliyev müəyyənləşdirdiyi siyasətlə Azərbaycanın imicini dünyada yüksəltdi, əhəmiyyətli, vacib bir ölkəyə çevirdi. Bu gün dünyada elə bir ölkə yoxdur ki, Azərbaycanla əməkdaşlıqdan məmnunluq duymasın”.
S.Möhbalıyev əlavə edib ki, möhtərəm Prezidentimiz daim Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti ilə maraqlanır, AHİK-in qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır: “Həmçinin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir, quruma hər zaman dövlət dəstəyi verir”.