Qüdrətli rəhbər, müzəffər sərkərdə


Hörmətli cənab Prezident.

Ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar üçün Sizə təşəkkürümü bildirirəm.

Sizin sayənizdə Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində çox böyük işlər görülür və bu işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, biz bu sahənin inkişafı istiqamətində gördüyünüz işlərin real şahidiyik.

Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Millətimizin gələcəyi olan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib.

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar səhiyyə sisteminin inkişafinda yeni addimların atılması və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Son illərdə Azərbaycan Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara çatdırılması, bu sistemin maddi texniki bazasının möhkəmləndirilməsi üçün bir sira dövlət proqramları qəbul edilmiş və onların icrasının maliyyə təminatı məsələləri həll edilmişdir.

Hörmətli cənab Prezident, tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır. Bizim müxtəlif regionlarımızda müasir standartlara cavab verən xəstəxanaların olması bir daha göstərir ki, dövlətimiz nəinki paytaxtda, eləcə də bölgələrimizdə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində mühüm addımlar atır.

44 günlük müharibə ərzində səhiyyə sahəsi digər sahələr kimi, öz sözünü demişdir və bunun nəticəsində minlərlə əsgərimizin həyatı xilas edilmişdir. Bu addımlar müharibədən sonra da davam etdirilir və ölkəmizdə qazilərə xüsusi diqqət və qayğı göstərilir. Sizin dediyiniz kimi, biz bu qalibiyyətə görə şəhidlərə, qəhrəman qazilərimizə borcluyuq və onlara xidmət etmək bizim həm vətəndaş, həm də peşə borcumuzdur.


Hazırda respublikamızın bütün şəhər və rayonlarında, xüsusilə də işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Bölgələrdə görülən işlər şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir.


Əziz və hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə mənim səmimi təbriklərimi qəbul edin! Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm


Mehparə Əhmədova
Masazır kənd 2 nömrəli tam orta məktəbin direktoru