Premyer Liqa: "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edəcək

Premyer Liqa: "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edəcək
Bu gün Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçiriləcək.
 Oxu.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Şamaxı" ilə üz-üzə gələcək.
 Matç Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.
 Şamaxı kollektivi 14 xalla turnir cədvəlinin doqquzuncu sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.
 Tərəflər arasında ilk dövrədə keçirilən matçda "Şamaxı" 3:0 hesablı qələbə qazanmışdı.
 Misli Premyer Liqası
 II dövrə, XIV tur
 7 dekabr
 14:00. "Karvan-Yevlax" - "Şamaxı"
 Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
 VAR: Rəşad Əhmədov.
 AVAR: Emin Əliyev.
 Hakim-inspektor: Ramil Diniyev.
 AFFA nümayəndəsi: Azər Əsgərov.
 Yevlax şəhər stadionu
 Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.