QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə 11 saylı xüsusi təhsil məktəbində olublar


"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idarə heyəti 11 saylı xüsusi təhsil məktəbində təhsil alan əqli qüsurlu və fiziki məhdudiyyətli uşaqları ziyarət ediblər.

Birlik sədri Yasəmən xanım Qəyyumlu və idarə heyəti çıxış edərək məktəbdə çalışan müəllimləri və orda təhsil alan bütün şagirdləri dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibətilə təbrik ediblər.

Çıxış edənlər bu məktəbdə təhsil alan şagirdlərin durumundakı vəziyyəti nəzərə alaraq, onlara təhsil verən və onlarla bağlı hər cür çətinliklərin öhdəsindən gələn müəllimlərə səbr və möhkəm iradə arzulayıblar.

Məktəb rəhbərliyi təşkilatın gəlişindən, göstərilən diqqət və qayğıyadan razı qaldıqlarını bildirib.

Birlik rəsmiləri tərəfindən

bütün uşaqlara bayram hədiyyələri təqdim olunub.

Hədiyyələrin təşkil olunmasında köməklik göstərən xeryirsevər şəxslərə təşkilat adından xüsusi təşəkkür edirik.


Fərid Səfərov

Mətbuat katibi