Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu Novruz bayramını əsgərlərlə bərabər keçirib.
21-mar, 16:54 269 Gündəm / Cəmiyyət"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu Novruz bayramını əsgərlərlə bərabər keçirib, onlara bayram arzularını şatdırıb.
Əziz əsgərlər,sizi həmrəylik və yüksək mənəviyyat bayramı - Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və uğurlar arzulayıram.
Novruz, dinclik içində, dost, qardaşlıq və şənliklerlə qarşılanması lazımdır. Bütün insanlıq üçün sevgi, barış və qardaşlıq kimi dəyərlərin əhəmiyyətini xatırladan bir bayramdır.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır.
Ölkə başçısı cənab İlham Əliyev milli adətlərl zəngin olan Novruz bayramını adət ənənələrinə görə çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfəsi adlandırmışdır.
İki ildir ki, Novruz zəfər dolu özəl abu-hava ilə qeyd edilir, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır.
44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun Şanlı Zəfəri kimi tarixə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri işğaldan azad olmuş ərazilərdə ulu öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin əbədi rəmzi” adlandırdığı üçrəngli bayrağımızı qaldırdı. Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqlarda dövlət bayrağının dalğalanması tarixi ədalətin bərpasıdır.
Torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirir və Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladlarımızın unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Əziz əsgərlər Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur.
Müstəqil Azərbaycanımızda ümumxalq bayramı səviyyəsində qeyd olunan Novruz hər bir evə və ailəyə bol ruzi-bərəkət, xalqımıza sülh və əmin-amanlıq bəxş etsin. Bahar təravətli Novruz bayramınız mübarək olsun!
Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Hörmətlə, Yasəmən Qəyyumlu
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin sədri