Şahmar müəllim təbrik edirik!
17-dek, 23:55 6 Gündəm
Əzizimiz, çox hörmətli Şahmar müəllim!
Sizi – Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağsaqqalımız, dəyərli müəllimimiz və əziz dostumuz Rzayev Şahmar Səfər oğlunu 16.12.1952 tarixində dünyaya gəlməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz ömrünüzü Azərbaycan idmanına, gənclərin sağlam ruhda və möhkəm iradə ilə yetişməsinə həsr etmiş nadir insanlardansınız. Yetişdirdiyiniz hər bir idmançı Sizin zəhmətinizin, səbrinizin, peşəkarlığınızın və müəllim məsuliyyətinizin canlı sübutudur. Siz yalnız məşqçi deyil, həm də həyat dərsi verən, doğru yolu göstərən, ağsaqqal sözü ilə örnək olan böyük bir şəxsiyyətsiniz.
Sizin mərdliyiniz, prinsipiallığınız, insani keyfiyyətləriniz, sadəliyiniz və müdrikliyiniz ətrafınızdakı hər kəs üçün dəyərli məktəb olub. Sizin adınız hörmətlə çəkilir, sözünüz etibarla dinlənilir. Bu da illərin halal zəhmətinin, vicdanla görülən işin ən böyük qiymətidir.
Bu mübarək gündə Sizə möhkəm can sağlığı, uzun və bərəkətli ömür, ailə səadəti, qəlb rahatlığı arzulayıram. Allah Sizə həmişə güc versin, yetirmələrinizin uğurları, xalqın sevgisi və hörməti daim yanınızda olsun.
Ad gününüz mübarək olsun, Şahmar müəllim! Allah Sizi qorusun, var olun!





