Çinin ən böyük dəniz neft-qaz yatağı hasilat rekordu müəyyənləşdirdi
21-dek, 13:11 2 Gündəm / Dünya
Çinin Milli Neft Korporasiyası (CNOOC) bu il Bohay neft-qaz yatağında rekord səviyyədə - 40 milyon ton neft və qaz hasilatı qeydə alıb.
Oxu.Az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, sözügedən göstəricinin artması qismən "Kenli 10-2" və "Boçjun 26-6" neft yataqları da daxil olmaqla bir sıra əsas obyektin səmərəli istismarı ilə bağlıdır.
Qeyd edək ki, Bohay neft-qaz yatağı Sarı dənizin Bohay körfəzində yerləşir və Çinin ən böyük yatağı hesab olunur. Yataqda ümumi hasilat həcmi 600 milyon tonu keçib.





