“HEYDƏR ƏLİYEV İLİ-100”
01-fev, 19:05 147 GündəmXeyir-duası Ulu Öndər Heydər Əliyev tərəfindən verilən sahibkarlıq sferası cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə daha böyük vüsət aldı. Özəl sektorun inkişafı dövlət üçün böyük inkişaf və stimul deməkdir. Xalqın rifahının, yaşayış səviyyəsinin mükəməlləşməsi deməkdir. Hər bir sahibkarlıq fəaliyyəti özü-özlüyündə Azərbaycan insanının maddi vəziyyətinin yaxşılaşmasının əsas istiqamətlərindən biridir.
Ulu Öndər Heydər Əliyevin rəhbərlik illəri Azərbaycanın tənəzzüldən intibaha uğurlu keçidi, müstəqilliyin nəzəriyyədən real müstəviyə transformasiyası, düzgün iqtisadi inkişaf modelinin müəyyənləşməsi və tətbiqi dövrü kimi tariximizin ən şərəfli səhifələrini təşkil edir.
Hazırda Azərbaycan dövləti ölkəmizin müstəqillik dövrü tarixinin yeni inkişaf mərhələsini yaşayır. Bu mərhələ haqlı olaraq müstəqil Azərbaycan dövlətinin İlham Əliyev dövrü adlandırılır.
Prezident İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir.
“Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Prezident İlham Əliyev qeyd edib ki, dövlət tərəfindən sənaye zonaları, sənaye parkları və yeni infrastruktur yaradılır: “Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb.
Azərbaycanı intibaha, inkişafa səsləyən əsas sektorlardan biri də sahibkarlıq strukturudur. Heydər Əliyev həmişə vurğulamışdır: “İqtisasiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Kvant enerjisi dövründə yaşayırıq, bu uğurların başında sahibkarlıq sektoru əsas amil kimi göstərilir. Sumqayıt şəhəri ölkəmizin ən iri sənaye şəhərlərindən biridir. Zəhmətkeş insanları ilə həmişə seçilən Sumqayıt şəhəri, həm də sülh sevər şəhəri kimi tanınır.
Sadə xalqın həmişə xidmətində duran nümunəvi sahibkarlardan biri də Eldar İsayev uğurlu xidmət vasitələrindən birincisidir. Sahibkarlığın bu cür dəqiq, sağlam, nümunəvi, insanların etibarını qazanmasını əsas səbəbkarlarından olan Eldar İsayevdir. Eldar müəllim nümunəvi sahibkar olduğu kimi, həm də vətənsevər, vətənpərvər oğullarımızdan biridir. Eldar İsayevin fəaliyyəti birbaşa xalqına, millətinə, dövlətinə xidmətə yönəlib. Bu onun bir Azərbaycanlı oğlu kimi özünə verdiyi sözdür.
Eldar İsayev Siz, Azərbaycanı təmənnasız sevən vətən oğlusunuz. Sizə işlərinizdə uğurlar və nailiyyətlər arzulayırıq.
Şamil Cəfərov
Baş redaktor